- 28 Yanvar 10:16
İntizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilib.
E-huquq.az xəbər verir ki, bu barədə qərar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qəbul olunub.
Eyni zamanda 4 vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılması qərara alınıb.
Habelə dövlət hesabına hüquqi yardım göstərdikləri zaman yol verdikləri intizam pozuntularına görə 10 vəkilə töhmət verilib, 11 vəkilə isə xəbərdarlıq edilib.