Vəkillərə növbəti distant təlim keçirildi - FOTO


  • 27 Yanvar 10:47

Cari il yanvarın 25-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkillərin elektron kabinetlərdən istifadəsinin səmərəliliyinə nail olunması” mövzusunda distant qaydada təlim keçirilib.

E-huquq.az xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb. Qeyd olunub ki, ötən ilin avqust-noyabr ayları aralığında Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə müxtəlif ixtisaslaşmış təlimçilər tərəfindən təşkil edilmiş hibrid formalı “Elektron order” təlimləri Kollegiyanın peşəkar hüquqi yardımın həyata keçirilməsində informasiya texnologiyalarının nailiyyətlərindən istifadə etmə sahəsində növbəti uğurudur.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının və “Elektron vəkillik” Komitəsinin üzvü Nurlan Səfərov vəkillərin elektron kabinetlərdən istifadəsi zamanı bilməli olduqları proseslər- elektron müqavilə, orderin verilməsi, dəyişdirilməsi və s. texniki məsələlər barədə geniş məlumat verib. Eyni zamanda mövzu üzrə yeniliklər, müxtəlif praktik məsələlər iştirakçılarla müzakirə edilib.

Sonda vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, təşkil edilmiş distant təlimdə Vəkillər Kollegiyasının 58 üzvü iştirak edib.

Oxşar xəbərlər