Vəkillər və ailə üzvləri pulsuz göz müayinəsindən keçiriləcək – ELAN


  • 12:33

Vəkillər və ailə üzvləri pulsuz göz müayinəsindən keçiriləcək.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Bakının müasir multidisiplinli tibb mərkəzlərindən biri olan “Biovista Hospital” ilə əməkdaşlığı çərçivəsində ARVK üzvləri (regionlar da daxil), Aparat əməkdaşları, o cümlədən onların ailə üzvləri üçün pulsuz göz müayinəsinin keçirilməsi nəzərdə tutulub.

Müayinə zamanı aşağıdakı xidmətlərdən yararlanmaq mümkündür:

- Görmə qabiliyyətinin yoxlanılması;
- Gözdaxili təzyiqin ölçülməsi;
- Gözün ön seqmentin və göz dibin diaqnostikası;
- Yaxına və uzağa eynək təyin edilməsi.

Müayinəyə yazılmaq istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/im8dMCdj14XiJpwb8

Qeyd edək ki, peşəkar kollektivin çalışdığı “Biovista Hospital”da müayinələr təcrübəli oftalmoloqlar tərəfindən həyata keçiriləcəkdir.

Xatırladaq ki, müayinə seansları ilə bağlı klinika tərəfindən əlaqə saxlanılacaq.

Oxşar xəbərlər