Vəkillər Kollegiyasının təşkilatçılığı ilə cəzaçəkmə müəssisəsində intellektual yarış keçirilib - FOTO


  • 19 Oktyabr 20:20

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq həbs və məhkum edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin olunması, onların sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyası ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.

E-huquq.az xəbər verir ki, növbəti tədbir Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Nə? Harada? Nə zaman?” adlı intellektual yarışın keçirilməsi ilə baş tutub.

Məhkumlardan ibarət komanda 2 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarından və Vəkillər Kollegiyasının üzvlərindən ibarət komandalar ilə yarışıblar.

Maraqlı keçən yarışın sonunda qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Oxşar xəbərlər