Vəkillər Kollegiyası Akademiyasının rəsmi saytının təqdimatı oldu


  • 12 İyul 09:39

Vəkillər Kollegiyası Akademiyasının rəsmi veb-saytının (https://academy-aba.az/) təqdimat mərasimi keçirilib.

E-huquq.az-ın məlumatına görə, təqdimat Vəkillər Kollegiyası Rəyasət Heyətinin iyulun 10-da keçirilən iclasında baş tutub.

Bildirilib ki, internet saytı fərqli tərtibatda işlənərək hazırlanıb, müasir tələblərə uyğun bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı yaradılıb və burada Akademiyanın fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məlumatlar yer alıb.

Oxşar xəbərlər