“Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin açılış mərasimi keçirildi - FOTO


  • 8 İyul 09:57

İyul ayının 6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı, “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) və "ProDemos - Xalq üçün"ün birgə təşkilatçılığı ilə həyata keçirilən “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin açılış mərasimi olub.

E-huquq.az xəbər verir ki, ADA Universitetində baş tutan tədbirdə QHT Agentliyinin layihələr üzrə meneceri Ülkər Süleymanova, ARVK-nın Baş katibi Bayram Orucov, ELSA Azərbaycanın prezidenti Nərminə Hüseynzadə və “ProDemos-Xalq üçün”ün rəhbəri Səbinə Zülfiyeva çıxış ediblər.

Qeyd edək ki, “Həssas qruplarla iş üzrə hüquq klinikası” layihəsinin əsas məqsədi hüquq tələbələri və gənc hüquqşünasların nəzəri biliklərinin praktikada tətbiqinə şərait yaratmaq, o cümlədən dairəsi qanunvericiliklə müəyyən edilmiş həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsindən ibarətdir.

Layihə çərçivəsində iştirakçılara ARVK üzvlərinin təqdimatında 1 aylıq təlimlər keçiriləcək və imtahandan uğurla keçən iştirakçılar 2 ay müddətində həssas əhali qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsində iştirak edəcəklər.

Oxşar xəbərlər