Vəkillər tərəfindən bağlanan elektron müqavilələrin sayı açıqlandı


  • 2 İyul 14:23

Məlum olduğu kimi, cənab Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamından irəli gələrək Vəkillər Kollegiyası tərəfindən informasiya kommunikasiya texnologiyalarından daha da geniş sürətdə istifadə edilməsi, vətəndaşların hüquqi yardıma çatımlılığı və hüquqi yardımın keyfiyyətinin artırılması məqsədilə hazırlanaraq fəaliyyətə başlayan “Elektron vəkil orderi” sistemindən aktiv istifadə edilir.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından bildirilib.

Qeyd olunub ki, vəkillərin işini asanlaşdıran, vaxt itkisinin qarşısını alan, vətəndaş məmnunluğunu təmin edən bu sistem ötən ilin noyabr ayından pilot layihə kimi start götürüb və bu ilin aprelindən etibarən isə bir çox bürolarda uğurla həyata keçirilir.

Bu müddət ərzində “Elektron vəkil orderi” vasitəsi ilə 28 Vəkil Bürosunda 1449, habelə fərdi vəkilliklə fəaliyyət göstərən vəkillər isə 72 elektron müqavilə bağlayıb.

Beləliklə, qısa müddət ərzində ümumilikdə 1521 elektron müqavilə bağlanaraq Vəkillər Kollegiyası informasiya kommunikasiya texnologiyaları sahəsində yeni uğura imza atıb.

Bildirilib ki, bundan sonra da elektron qaydada bağlanmış müqavilələr üzrə əldə olunan orderlərin aylıq statistikası barədə məlumat veriləcək.

Qeyd edək ki, məlum olduğu kimi, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 3 mart 2024-cü il tarixli iclasında, “Elektron vəkil orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib.

Oxşar xəbərlər