Anar Bağırov bir qrup jurnalisti təltif etdi - FOTO


  • 21 İyun 15:23

Xəbər verdiyimiz kimi, bu gün vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

E-huquq.az-ın məlumatına görə, tədbir çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə informasiya təminatında sıx əməkdaşlığa görə bir qrup jurnalist təltif olunub.

Kollegiyanın sədri Anar Bağırov jurnalistlərə təşəkkürnamə və hədiyyələr təqdim edib.

Qeyd edək ki, təltif olunan media qurumları arasında "E-huquq.az" informasiya portalı da yer alıb.

Oxşar xəbərlər