Vəkillər müdafiə etdikləri şəxslərlə icazə məktubu olmadan görüşə biləcəklər


  • 11 İyun 21:06

Vəkillər müdafiə etdikləri şəxslərlə icazə məktubu olmadan görüşə biləcəklər.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyi ilə keçirilən görüşdə bu barədə razılıq əldə olunub.

"Bu gün Vəkillər Kollegiyasının rəhbərliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəhbərliyi arasında görüş keçirilmiş və gələcək birgə fəaliyyət geniş müzakirə edilərək qarşılıqlı fikir mübadiləsi aparıldı .Müzakirə nəticəsində penitensiar müəssisələrdə məhkumlara pulsuz hüquqi yardımın göstərilməsi, maarifləndirmə və digər birgə tədbirlərin həyata keçirilməsi razılaşdırıldı.

Eyni zamanda görüş zamanı vəkillərin peşə fəaliyyəti ilə əlaqədar olaraq penitensiar müəssisələrinə maneəsiz, yəni hər hansı bir icazə məktubu olmadan buraxılması razılaşdırılmış və bununla əlaqədar Penitensiar Xidmətinin rəhbərliyi tərəfindən dərhal müvafiq göstərişlər verildi.

Odur ki, yuxarıda göstərilənlərə əsasən, bundan sonra vəkillər qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədi təqdim etməklə penitensiar müəssisələrdə müdafiə etdikləri şəxslərlə iş vaxtı saat 09:00-dan saat 18:00-dək görüşlərin sayı və müddəti məhdudlaşdırlmadan görüşə biləcəklər. Bununla əlaqədar olaraq hər hansı bir çətinlik yaranarsa Vəkillər Kollegiyasınn Rəyasət Heyətinə məlumat verməyiniz xahiş olunur", - deyə A.Bağırov qeyd edib.

Oxşar xəbərlər