Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin saytı istifadəyə verilib


  • 6 İyun 09:36

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin (BHK) saytı istifadəyə verilib.

E-huquq.az xəbər verir ki, saytda BHK, onun fəaliyyəti barədə məlumatlar öz əksini tapıb. Eyni zamanda saytda biznes hüququna dair maraqlı maarifləndirici məlumatlar, məqalələr, bloq yazıları, “amicus curiae” rəyləri və videomüsahibələr yerləşdirilib.

Saytda naviqasiyaya yardım məqsədilə əsas bölmələrə keçidləri təqdim edirik:

1. BHK üzvlərinin aktual biznes hüququ məsələlərinə dair qısa və praktiki bloq yazılarını əhatə edən hüquqi bloq: https://blc.barassociation.az/web/paper

2. BHK-nın yaranması və missiyası (https://blc.barassociation.az/web/about), üzvləri (https://blc.barassociation.az/web/members - bu hissə yenilənməkdədirir) barədə məlumatlar, xəbərlər bölməsi (https://blc.barassociation.az/web/blogs/list);

3. BHK üzvlərinin biznes hüququna dair əvvəllər yazdıqları kitablar (https://blc.barassociation.az/web/books), məqalələr (https://blc.barassociation.az/web/news) və ictimai çıxışları (https://blc.barassociation.az/web/speeches). Bütün materiallar müəlliflərin razılığı ilə dərc edilir;

4. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) nəşri olan “Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı” akademik hüquq jurnalından biznes hüququna aid seçilmiş məqalələr (Azərbaycan və ya ingilis dilində; TEC-in razılığı ilə dərc edilir): https://blc.barassociation.az/web/news;

5. "Xarici Təhsilli Hüquqşünaslar Assosiasiyas"ının (FELAS) hazırladığı icmal və rəylər (FELAS-ın razılığı ilə dərc edilir): https://blc.barassociation.az/web/information/1;

6. BHK üzvlərinin biznes hüququna aid məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və ya Ali Məhkəməsinə təqdim etdikləri “amicus curiae” rəyləri: https://blc.barassociation.az/web/article.

Qeyd edək ki, gələcəkdə saytın daha da təkmilləşdirilməsi, ona yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər