- 17:56 | 26.04.2024
- Vəkillik
"Artıq rekord sayda - 550 nəfərdən çox vəkilliyə namizəd yazılı imtahanda iştirak üçün müraciət edib".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov mayın 26-da vəkilliyə qəbul üzrə keçiriləcək test imtahanı barədə məlumat verərkən bildirib.
İmtahanda maksimum 700 nəfərin iştirak edə biləcəyini söyləyən sədr namizədləri vaxtında qeydiyyatdan keçməyə çağırıb.
A.Bağırov, həmçinin imtahan tapşırığının əvvəlkilərə nisbətən asan olmasına çalışdıqlarını deyib:
"İmtahan günü bəlli olmadan yüzlərlə hüquqşünasın sənəd verməsi birmənalı olaraq peşəmizin hüquqşünaslar arasında hansı səviyyədə cəlbedici və prestijli olduğunu göstərir. Son illər görülən ardəcıl tədbirlər sayəsində vəkillik bu gün ən dəbdə olan hüquq peşəsinə çevrilib və bu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının qazandığı ən böyük uğur və ödüldür. Namizədlərə uğurlar arzulayıram!" - deyə o əlavə edib.
Şəbnəm Mehdizadə