- 26 Aprel 10:53
Azərbaycanda səfərdə olan Amerika Hüquq Məktəbinin (SAL proqramı) təsisçiləri Ketevan Jeladze və Maia Meskhi martın 30-da Vəkillər Kollegiyasında olublar.
E-huquq.az xəbər verir ki, qonaqları salamlayan Kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, son illərdə çoxsaylı təhsil müəssisələri və beynəlxalq təşkilatlarla memorandumlar imzalanaraq xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirib və vəkillərin peşə hazırlığının artırılmasının Kollegiya üçün vacib elementlərdən biri olduğunu vurğulayıb.
Səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar ölkəmizə səfər etməkdən məmnun olduqlarını bildirib və Vəkillər Kollegiyası ilə əməkdaşlığın üstünlüklərindən danışıblar.
Bildirilib ki, SAL proqramı ilk il üzrə Gürcüstanda iki semestr davam edir. İki semestrlik proqramı bitirdikdən sonra, məzunlar Çikaqo-Kentdə hüquq üzrə magistr (LLM) təhsillərini davam etdirə bilərlər.
Sonra Amerika Hüquq Məktəbi ilə Vəkillər Kollegiyası arasında anlaşma memorandumu imzalanıb.
Əldə olunmuş razılığa əsasən, Kollegiyanın üzvləri müstəsna olaraq aşağıdakı güzəştləri əldə edirlər:
Daha sonra Çikaqo-Kent Hüquq Kollecində isə təqdim olunan güzəştlər:
Bu proqrama müraciət qaydaları barədə məlumat bütün vəkil qurumlarına və fərdi qaydada fəaliyyət göstərən vəkillərə www.barassociation.az üzərindən şəxsi kabinet vasitəsilə göndəriləcək, eyni zamanda, daxili qruplarımızda paylaşılacaqdır.
Namizədlər üçün keçiriləcək hüquqi ingilis dili kurslar, xüsusi təlimlər və master-klaslar barədə əlavə məlumat veriləcəkdir.