- 26 Aprel 10:53
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidentinin 12 yanvar 2023-cü il tarixli Sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, yeni təyin olunan hakimlər arasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri də var.
Həmin vəkilləri təqdim edirik:
Abbasov Zaur Vahid oğlu - Şirvan Kommersiya Məhkəməsi
Abdullayeva Aynur Aydın qızı - Bakı şəhəri Xətai Rayon Məhkəməsi
Bağırov Zamiq Rəşid oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi
Əlizadə Fariz Ariz oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsi
Məmmədli Ənnağı Əbdül oğlu - Salyan Rayon Məhkəməsi
Mirzəliyev Ruslan Əsəd oğlu - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi
Namazova Günay Rüstəm qızı - Bakı Kommersiya Məhkəməsi
Rəcəbova Elnurə Hüseyn qızı - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi
Məhəmmədi Həvayət Kəmaləddin qızı - Şəmkir Rayon Məhkəməsi
Qeyd edək ki, hakim olmaq üçün yaş məhdudiyyətinin ləğvi gənc hüquqşünasların bu prosesdə daha fəal iştirakına şərait yaradıb. Hazırda hakimliyə namizədlərin tam əksəriyyətini yeni nəsil, o cümlədən xaricdə təhsil almış, elmi dərəcələrə yiyələnmiş gənc hüquqşünaslar təşkil edir. Onlar müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, dövlət və özəl müəssisələrdə müvəffəqiyyətlə çalışıblar. Ümumiyyətlə son dövrlər aparılmış təyinatlar nəticəsində hakim korpusunda yeni nəsil hakimlərin sayı 80%-i ötüb. Eyni zamanda ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsinin, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürü olaraq yeni təyinat alanların 50%-ə qədərini qadınlar təşkil edir.
Xəyalə Bünyatova