Anar Bağırov: "Mülki Məcəllə çox mürəkkəb yazılıb"


  • 28 Oktyabr 2022 12:36

"Mülki Məcəllə çox mürəkkəb yazılıb. Hesab edirəm ki, qanun dili sadə, anlaşılan olmalıdır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "1958-ci il Nyu-York konvensiyasının şərhinə dair beynəlxalq kommersiya arbitraj şurasının təlimatı: hakimlər üçün əl kitabı"nın təqdimat mərasimində çıxış edərkən deyib.

O bildirib ki, hüquqşünaslar tərəfindən də Mülki Məcəllənin mürəkkəb yazılması məsələsi hər zaman qaldırılıb: "Qanun oxuyan hər kəsin anlaması üçün sadə dildə yazılmalıdır. Ümid edirəm ki, bu problem də həllini tapacaq".

Oxşar xəbərlər