Cəzaçəkmə müəssisələrində pulsuz hüquqi yardım göstəriləcək


  • 8 Aprel 2022 17:54

Məlum olduğu kimi, Vəkillər Kollegiyasının təşəbbüsü ilə respublika üzrə mütəmadi olaraq ödənişsiz hüquqi yardım aksiyaları təşkil olunur.

E-huquq.az xəbər verir ki, həyata keçirilən tədbirlərin davamı olaraq 16 aprel 2022-ci il tarixində saat 10:00-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin aşağıda göstərilən cəzaçəkmə müəssisələrində məhkumlara ödənişsiz hüquqi yardım göstəriləcək.

1. Həbsxana, Qaradağ rayonu, Qobustan qəsəbəsi

2. 8 saylı Cəzaçəkmə müəssisəsi, Qaradağ rayonu, Puta qəsəbəsi

3. 12 saylı Cəzaçəkmə Müəssisəsi, Qaradağ rayonu, Puta qəsəbəsi

4. 13 saylı Cəzaçəkmə Müəssisəsi, Qaradağ rayonu, Puta qəsəbəsi

5. 14 saylı Cəzaçəkmə Müəssisəsi, Qaradağ rayonu, Puta qəsəbəsi

Qeyd: Hər Cəzaçəkmə müəssisəsində 5 vəkilin iştirakı nəzərdə tutulub.

Aksiyada iştirak etmək arzusunda olan vəkillər Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin elektron poçt ünvanına 12 aprel 2022-ci il tarixindən gec olmayaraq ([email protected]) müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).

Oxşar xəbərlər