- 10:26
Aprelin 25-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vəkilin fəaliyyətində deontoloji məsələlər" mövzusunda distant formada təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məqamlara toxunub.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının və Deontologiya Komitəsinin üzvü Araz Nurməmmədov vəkil etikası, vəkillərin nizam-intizam məsələləri, vəkilin etik öhdəlikləri və digər məsələlər barədə çıxış edib.
Eyni zamanda təlimçi tərəfindən müvafiq mövzuda müxtəlif geniş təhlillər aparılıb.
Qeyd edək ki, təlimdə 45 vəkil iştirak edib.