Bu rayonun bəzi yerlərində qaz kəsiləcək


  • 13 Aprel 22:33

Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

E-huquq.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat verib.

Bildirilib ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yeraltı ortatəzyiqli qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması məqsədilə 14.04.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Özbəkistan, Ə.Hacıyev, Ə.Vəliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

  • 14 Aprel 13:14
Sabah leysan yağacaq