Faktiki hava açıqlandı - YENİLƏNİB


  • 9 Aprel 10:29

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Balakən, Quba, Qusar, Xınalıqda arabir yağış, Şahdağda isə qar yağır.

Balakən, Quba, Qusar və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

***

Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 28 m/s-yə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, müşahidə olunan güclü şimal-qərb küləyi günün ikinci yarısından qısa müddətə zəifləyəcək. Aprelin 10-da küləyin sürəti yenidən güclənərək gecə 15-20 m/s, gündüz saatlarından isə arabir 23-28 m/s-yə çatacaq.

Oxşar xəbərlər