Bakının bəzi yollarinda sürət həddi endirildi - FOTO


  • 26 Fevral 20:21

Bakının bəzi yollarinda sürət həddi endirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Mövcud hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı yolunda bəzi zolaqlar üzrə ümumilikdə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

Bununla yanaşı, bütün tablolarda “buzlu yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Oxşar xəbərlər

  • 25 Fevral 13:31
Sabah hava necə olacaq?