Faktiki hava açıqlandı - YENİLƏNDİ


  • 22 Fevral 23:05

Fevralın 22-si saat 22:00-a olan faktiki hava açıqlanıb.

E-huquq.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda Abşeron yarımadasının bəzi ərazilərinə, eyni zamanda Kəlbəcər, Laçın, Qubadlı, Qax (Sarıbaş), Zaqatala, Ceyrançöl, Tovuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Qəbələ, Balakən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Mingəçevir, Göyçay, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astaraya qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 1, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 17 dərəcəyədək şaxta qeydə alınıb.

***

20:27

Bu gün Azərbaycanda saat 19:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən məlumata görə, fevralın 22-si saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində gündüz saatlarında yağıntıda yaranan qısa fasilədən sonra yenidən Abşeron yarımadasının bəzi yerlərində zəif qar yağır.

Rayonlarda hava necədir?

Eyni zamanda Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl, Balakən, Şəki, Şamaxı, İsmayıllı, Sarıbaş (Qax), Qobustan, Altıağac, Xaltan, Mingəçevir, Yevlax, Goyçay, Zərdab, Beyləqan, Quba, Qusar, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada da qar yağır.

Oxşar xəbərlər