- 16:39
Saat 19:00-a olan məlumata əsasən, bəzi rayonlarda küləkli və yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən məlumata görə, Neftçala, Biləsuvar, Lənkəran, Astarada arabir yağış, Qəbələ, Quba, Şahdağ, Yardımlı, Lerikdə isə qar yağır.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq külək Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-yə çatıb.
Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Quba, Qusar, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 11, Naxçıvan MR-da 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Fevralın 10-dan ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.