- 12:16
"Peşə məktəbi oxuyan, uzman adı alan hər kəs özünü reklam edir".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, bu reklamlar televiziyalara gəlir gətirir.
"Efirlərdə açıq-aşkar həkimləri tərifləyir, reklam edirlər. Onların arasında yaxşı həkimlər də var. Amma televiziya kanallarında bu dərəcə həkim reklamı düzgün deyil. Fikrimcə, Milli Məclisin yaz sessiyasının planında "Reklam haqqda" qanuna yenidən baxış keçirilməlidir", - deyə A.Abbas bildirib.
Şəbnəm Mehdizadə