- 12:16
"Reklam haqqında" qanuna bəzi dəyişikliklər edilməlidir.
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ayrı-ayrı klinikaların reklamı qanunvericiliyə uyğun həyata keçirilmir: "Televiziyada bir sıra şou-proqramların sponsoru olan klinikalar ən yaxşı klinika kimi reklamı edilir. Biz tibbi xidmətin reklamının əleyhinə deyilik. Lakin tibbi etika gözlənilməlidir. Bunun özlüyündə mənfi nəticələri var. Xüsusilə plastik cərrahiyə, bədən şəkilləndirmə əməliyyatlarının qanuna uyğun olmayan şəkildə reklamı gedir. Düşünürəm ki, qanunda normalar müəyyən edilməlidir. Həkimi reklam etmək dünya praktikasında yoxdur. Hesab edirəm ki, bizdə də qadağan edilməlidir".
Şəbnəm Mehdizadə