"Süründürməçiliyə görə insanlar evlərini sənədləşdirə bilmirlər"


  • 3 Fevral 12:18

"Mənzillərin sənədləşməsi ilə bağlı problemlər qalmaqdadır".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.

Deputat bu istiqamətdə işlərin sürətləndirilməli olduğunu bildirib: "Mövcud problemlərə baxış keçirərək dövlət qurumları ilə birgə iş aparılmalıdır. Bu problemin həllində parlamentin də iştirakında fayda var. Bu məsələ ilə bağlı parlamentin komitə və şöbələri təkliflər hazırlayıb təqdim etməlidir. 50-60 ildir ki, ev tikib yaşayan insanlar evini sənədləşdirə bilmir. Xüsusilə aran rayonlarında yaşayan insanlar bu problemdən əziyyət çəkir. Kəndli evini sənədləşdirmək üçün həm çox xərc çəkməli, həm də sənəd toplamalıdır. Lakin süründürməçilik hallarına görə sənədləşmə işləri yarımçıq qalır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər