"Bu qanunu pozanlar ən ağır şəkildə cəzalandırılmalıdırlar"


  • 3 Fevral 12:12

"Süni intellektlə bağlı mövcud qanunvericilik bir çox məsələləri tənzimləmir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məlisin deputatı Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyibş

“Süni intelekt hər kəsin həyatında yeni imkanlar açır. Lakin texnologiyanin yaratdığı ciddi risklər var. İnsanlar haqqında məlumatlar toplanır, emal olunur. Bu isə sui-istiadə hallarını artırır. Bunun qarşısını almaq üçün ayrı-ayrı ölkələr yeni qaydalar təsdiq edir. Biz də yeni çağırışlara hazır olmalıyıq. Azərbaycanda bu barədə bir sıra qanunlar var. Lakin həmin qanunlar müxtəlif illərdə qəbul olunub. Süni intellekt hər gün inkişaf edən bir sahədir. Bu da riskləri artırır. Qanunvericilikdəki boşluq şəxsi həyatın toxunulmazlığını, saxta xəbərlərin yayılmasına gətirib çıxarır. Bu istiqamətdə qanunu pozanlar ən ağır şəkildə cəzalandırılmalıdırlar”, - deyə deputat bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər