Dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA


  • 22 Oktyabr 22:18

Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli yağış, dağlıq ərazilərə isə qar yağır.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Saat 22:00-a olan məlumata əsasən, yağıtının miqdarı Astarada 36 mm, Lənkəranda 18 mm, Yardımlıda 14 mm, Lerikdə 9 mm-dir.

Qar örtüyünün hündürlüyü Lerikdə 6 sm təşkil edir.

Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.

Oxşar xəbərlər