Paytaxtın üç rayonunun qaz təchizatında fasilə yaranacaq


  • 27 Sentyabr 23:03

Xəzər, Sabunçu və Binəqədi rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan e-huquq.az-a verilən məlumata görə, Xəzər, Sabunçu və Binəqədi rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Stansiya Qala yaşayış massivi, Ləhiş bağları ərazisində, həmçinin Binəqədi şosesi-1, 1-ci, 2-ci, 3-cü Mədən əraziləri, M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsi, Baksol ərazisi, Zəngəzur yaşayış massivi ərazisində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

  • 28 Sentyabr 10:37
Faktiki hava açıqlandı
  • 26 Sentyabr 12:37
Sabahın hava proqnozu
  • 26 Sentyabr 10:10
Faktiki hava açıqlandı