Məktəblərdə ilk dərs bu mövzuda olacaq - RƏSMİ


  • 5 Sentyabr 11:24

Bu tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

E-huquq.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd olunur ki, ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrə əsasən, məktəblərin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Oxşar xəbərlər

  • 14 Sentyabr 11:59
Faktiki hava açıqlandı