Reabilitasiya xidmətlərində daha bir neçə yeniliyin tətbiqinə başlanılıb


  • 24 İyul 12:01

Reabilitasiya müəssisələrində rezervasiya formalaşdırmaq üçün e-sosial.az platformasından ən yaxın boş tarixlər barədə məlumat əldə etmək mümkündür.

Bu barədə e-huquq.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar e-sosial.az - da e-Xidmətlər bölməsində yaxın tarixdə reabilitasiya müəssisələrində olan boş yerlərin siyahısı bölməsinə daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.

Eyni zamanda reabilitasiya müəssisəsinə rezervasiya formalaşdırıldıqda vətəndaşa bu barədə SMS-bildiriş göndərilməsinə başlanılıb. Bildirişdə tarix, müəssisənin ünvanı və əlaqə nömrəsi, lazımi sənədlərin siyahısı və s. barədə məlumatlar təqdim olunur.

Qeyd edilib ki, əlilliyi olan şəxslər reabilitasiya müəssisələrində bərpa müalicə kursundan yararlanmaq üçün TSEK və ya DOST mərkəzlərinə müraciət edə bilərlər.

Oxşar xəbərlər

  • 6 Sentyabr 15:24
Faktiki hava açıqlandı