Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı bahalaşdı


  • 30 İyun 21:53

Bakı-Sumqayıt avtobus marşrutlarında bir gediş üzrə qiymət dəyişib.

E-huquq.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib.

Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpik təsdiq edilib.

Qeyd edək ki, bundan öncə Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təsdiq edilmişdi.

Oxşar xəbərlər