Aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı


  • 28 İyun 10:17

2024-cü ilin may ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 848 min nəfərdən çox olub.

Bu barədə e-huquq.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onların 451 min nəfərdən çoxunu aylıq sosial müavinət, 396 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.

Oxşar xəbərlər