Nazir: "Hər beş müəllimdən biri riyaziyyat fənni üzrə nəticə göstərə bilməyib"


  • 27 İyun 15:47

"Ümumilikdə 40% müəllim riyaziyyat fənni üzrə yüksək nəticə göstərib. Elə bölgələr var ki, hər beş müəllimdən biri riyaziyyat fənni üzrə sertifikatlaşdırılması prosesində nəticə göstərə bilməyib".

E-huquq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, suallar həmişə standartlara uyğun yazılır:

"Amma hələ də hazırlığa ehtiyacı olan müəllimlər var. Riyaziyyat fənni üzrə müəllimlər düstur və anlayışda yüksək nəticə əldə etsələr də, onların məsələ həllində təkmilləşməyə ehtiyacları var".

Oxşar xəbərlər