- 29 iyl 2020 16:46
- Sosial
Məlum olduğu kimi, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 5-dək davam edəcək. Avqustun 5-dən sonrakı müddət üçün isə hansı qərarın veriləcəyi hələlik məlum deyil. Hazırda insanları narahat edən əsas məsələlərdən biri də sərtləşdirilmiş karantin rejiminin uzadılacağı təqdirdə işsiz vətəndaşlara 190 manatlıq birdəfəlik ödəmənin verilib-verilməyəcəyi ilə bağlıdır.
E-huquq.az oxucuların bununla bağlı çoxsaylı suallarını nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxlayıb. Qurumun rəsmisi e-huquq.az-a açıqlamasında hələlik bu barədə hər hansı qərarın olmadığını bildirib.
"Bu məsələ haqda danışmaq hələki tezdir. Çünki karantin rejimi ilə bağlı qərar verilməyib. Müvafiq qərar elan edildikdən sonra bu haqda danışmaq olar. Hazırda 190 manatlıq birdəfəlik ödəmənin verilməsinə dair müzakirələr barədə məlumat yoxdur", - deyə F.Talıblı qeyd edib.