Yardımıya dolu düşdü, küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA


  • 27 Aprel 21:36

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aprelin 27-si saat 20:00-a olan məlumata əsasən, Yardımlı, Neftçala, Lənkəran, Astara, Şabran, Quba və Qusarda arabir şimşək çaxır, yağış yağır.

Saat 15:45 radələrində Yardımlıda xırda ölçülü dolu düşüb.

Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Goranboyda 19, Naftalanda 18, Göyçayda 16, Şəkidə 15 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti aprelin 29-u gündüzədək davam edəcək.

Oxşar xəbərlər