Azərbaycan Ermənistan və Fransaya çağırış etdi - "Bu cür addımlar qəbuledilməzdir"


  • 25 Aprel 19:42

"Ermənistanda aprelin 23-də kütləvi küçə yürüşü zamanı Azərbaycan bayrağının yandırılması qəbuledilməzdir".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

O əlavə edib ki, Azərbaycan həm Ermənistana, həm də bənzər əməlin ötən gün baş tutduğu Fransaya belə qəbuledilməz addımların qarşısını almaqla bağlı çağırış edib.

Oxşar xəbərlər