Azərbaycan XİN rəhbəri: Hazırkı vəziyyətdə Minsk qrupuna ehtiyac yoxdur


  • 25 Aprel 19:35

"30 illik işğala hərbi yolla son qoyulması yeni reallıqlar, yeni status-kvo yaratdı".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“İlk dəfə inkişaf üçün normal zəmin yarandı. Ölkəmiz suverenliyini bərpa etdikdən sonra Ermənistanla bu səhifəni çevirmək və sülh münasibətlərini bərpa etməklə bağlı mühüm irəliləyiş əldə etdi. İki il yarım sonra sülh sazişi üzrə mətndə razılıq əldə olundu. Əlavə olaraq, baş katiblə danışıqlar zamanı Ermənistan konstitusiyasında dəyişilməli olan məsələlər müzakirə olundu. Digəri isə baş katibə də yaxşı məlum olduğu kimi, Minsk qrupunun ləğvidir. Çünki hazırkı vəziyyətdə bu quruma ehtiyac yoxdur. Bu təsisat zamanında Qarabağ probleminin həlli üçün yaradılıb və indiki şəraitdə buna ehtiyac yoxdur. Azərbaycan de-yure və de-fakto ərazi bütövlüyünü təmin etdikdən sonra bu cür Minsk təsisatlarının olmasının heç bir mənası yoxdur” – Ceyhun Bayramov diqqətə çatdırıb.

Oxşar xəbərlər