Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə müzakirə etdiyi məsələləri açıqladı


  • 25 Aprel 19:31

"Bu gün baş katiblə bir neçə istiqamət üzrə faydalı danışıqlar apardıq".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Azərbaycan və ATƏT arasında mövcud münasibətlər və inkişaf perspektivlərinə dair mövzular, regional məsələlər, o cümlədən post-münaqişə dövründə Ermənistanla Azərbaycan arasında əlaqələr və Qarabağda bərpa-quruculuq işlərini müzakirə etdik. ATƏT məkanında təhlükəsizlik mühiti, gərgin və ümumi vəziyyət, sülh və sabitliyə olan təhdidlər, dini dözümsüzlük və ayrı-seçkiliyə dair məsələlər müzakirə mövzusu oldu”, - Ceyhun Bayramov vurğulayıb.

Oxşar xəbərlər