Milli Məclisin sədri Sahibə Qafarova İtaliyada səfərdədir


  • 25 Aprel 18:43

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfərə gəlib.

Bu barədə e-huquq.az-a Milli Məclisdən bildirilib.

Roma şəhərinin beynəlxalq hava limanında Milli Məclisin nümayəndə heyətini Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov və Vatikan rəsmiləri qarşılayıblar.

Oxşar xəbərlər