- 25 Aprel 23:00
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qarşılayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Tərəflər arasında ikitərəfli görüş başlayıb.
Görüşdə Azərbaycan-Aİ ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzularıdır.
Tərəflər qarşılıqlı maraqlar və anlayışa əsaslanan balanslı dialoqun qorunub saxlanmasının vacibliyini vurğulayıblar.