Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə addımlar atacağıq


  • 22 Aprel 23:49

"Görüşümüz zamanı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq. Biz hər bir məsələdə tam həmrəyik".

E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə və Pakistan terrorla mübarizədə ən güclü iradə nümayiş etdirən ölkələr sırasındadır: "Bu münasibətlə Pakistanda törədilən terror aktlarında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Terrorun bütün formalarına qarşı mübarizədə Pakistana dəstəyimiz dəyişməz olaraq qalır.

Türkiyə ilə Pakistan arasındakı əməkdaşlıq, şübhəsiz ki, bölgələrimizdə sülh və sabitliyə mühüm töhfə verir. Biz Pakistanın Fələstin məsələsində qətiyyətli mövqeyini həmişə yüksək qiymətləndirmişik. Pakistan Qəzzadakı soyqırımına ən sərt cavab verən ölkələrdən biridir. Biz indiyə qədər Pakistanla birlikdə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda fələstinli qardaş və bacılarımızın haqq işinə lazımi dəstəyi verməyə çalışmışıq. Qarşıdakı dövrdə də bu təşəbbüsləri davam etdirmək əzmindəyik. Paytaxtı Şərqi Qüds olan, müstəqil və suveren Fələstin dövlətinin qurulması istiqamətində birgə fəaliyyətimizi davam etdirəcəyik".

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Pakistan və Azərbaycanla birgə addımlar atmaqda davam edəcək.

Oxşar xəbərlər