Kaya Kallas Azərbaycana səfər edəcək


  • 22 Aprel 21:31

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə APA-ya Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə başlayıb. O bu postda daha əvvəl həmin vəzifəni icra edən Cozef Boreli əvəz edib.

Oxşar xəbərlər