- 00:12
“Təxminən iki il yarımlıq prosesdən sonra tərəflər yekun razılaşmaya gəlib”.
E-huquq.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov deyib.
Ceyhun Bayramov bildirib ki, bu prosesin tam şəkildə başa çatması və sülh sazişinin imzalanması üçün bir sıra zəruri addımların atılması vacibdir: “Bu, Azərbaycanın uzunmüddətli və ardıcıl mövqeyidir, Ermənistan tərəfi də bunu yaxşı bilir. Bu, ilk növbədə, artıq köhnəlmiş və funksionallığını itirmiş Minsk Qrupunun ləğv edilməsini, eyni zamanda Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsini, Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını nəzərdə tutur”.