- 00:12
Bu dəqiqələrdə Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi keçirilir.
E-huquq.az xəbər verir ki, Azərbaycan Ceyhun Bayramov, Gürcüstan xarici işlər naziri Maka Boçorişvili və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iştirak edir.
Nazirlər Cənubi Qafqazdakı cari prosesləri müzakirə edəcək, həm regional əməkdaşlıq yolunda mövcud maneələrə, həm də perspektivlərə diqqət yetirəcəklər.
Eyni zamanda qlobal qeyri-sabitlik şəraitində regionun davamlı və inklüziv inkişafı məsələlərinə xüsusi diqqət yönəldiləcək.