Prezident: Azərbaycan Suriyada sabitliyin möhkəmləndirilməsi üçün bərpa prosesində iştiraka hazırdır


  • 11 Aprel 17:59

Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd edib.

E-huquq.az xəbər verir ki, dövlət başçısı bunu Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü zamanı deyib.

Prezident bildirib ki, Suriyada baş vermiş dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.

Oxşar xəbərlər