İraqın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi


  • 8 Aprel 17:46

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

E-huquq.az xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi İraq xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Uca Allahdan Sizə cansağlığı və səadət, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".

Oxşar xəbərlər