Neçirvan Bərzani Azərbaycan Prezidentini təbrik etdi


  • 7 Aprel 19:14

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Prezident İlham Əliyevə Ramazan Bayramı münasibəti ilə təbrik məktubu göndərib.

E-huquq.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, səadət, ölkənizə və xalqınıza əmin-amanlıq, firavanlıq və xoşbəxtlik diləyirəm.

Ortaq dəyərlərimiz, möhkəm tarixi əlaqələrimiz sayəsində mən xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin qarşılıqlı hörmət, ümumi maraqlar ruhunda daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Oxşar xəbərlər