Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi


  • 29 Mart 18:36

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Birinci vitse-prezident Mehriban Əliyevaya Ramazan bayramı münasibəti ilə təbrik məktubu göndərib.

E-huquq.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Birinci vitse-prezident,

Zati-alinizin və qardaş Azərbaycan xalqının Ramazan bayramını səmimi-qəlbdən təbrik edir, bu mübarək bayramın İslam aləmi və bütün dünya üçün sülhə, əmin-amanlığa və səadətə vəsilə olmasını diləyirəm.

Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayıram".

Oxşar xəbərlər