- 17 Mart 22:37
Martın 17-də Baş nazir Əli Əsədov Türkiyənin ölkəmizdəki səfiri Birol Akgünlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, Baş nazir Birol Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb.
İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.