Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verdi


  • 15:34

Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.

E-huquq.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında bildirilib.

“Şimali Makedoniya, Koçanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik. Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik”, – XİN-in paylaşımında deyilir.

Oxşar xəbərlər