Paşinyan: "Azərbaycanla sülh sazişi üzrə danışıqlar yekunlaşıb"


  • 13:21

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı Azərbaycanla sülh sazişi üzrə danışıqların başa çatdığını bildirib.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər həmçinin regional və ikitərəfli məsələləri müzakirə ediblər.

Qeyd edək ki, martın 13-də Ermənistan Xarici İşlər Nazirliyi İrəvan və Bakının sülh sazişinin mətnini razılaşdırdığını və danışıqların yekunlaşdığını açıqlamışdı.

Oxşar xəbərlər